“Qarabağ”ın futbolçusu Pelenin fəxri prezidenti olduğu kluba keçir

Uncategorized

“Qarabağ”ın futbolçusu Ansi Aqolli komandadan ayrılır.

Oxu.Az Albaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı sol cinah müdafiəçisinə ABŞ-ın “Nyu York Kosmos” klubundan təklif gəlib.

Artıq “Qarabağ” da ehtiyatda qalan futbolçusunun komandadan ayrılmasına icazə verib.

Qeyd edək ki, Albaniya millisinin kapitanı da olmuş Ansi Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edir. O, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla eyni yaşda olan yeganə futbolçudur. Aqolli doqquz il ərzində Ağdam klubu ilə dördqat Azərbaycan çempionu olub, dörd dəfə isə ölkə kuboku qazanıb.

Onun yeni klubu haqda məlumat verməli olsaq, deyə bilərik ki, burda vaxtı ilə braziliyalı Pele, Frants Bekenbauer, eləcə də millimizin sabiq baş məşqçisi Karlos Alberto Tores oynayıb. Hazırda Pele 2010-cu ildən Nyu York klubunun fəxri prezidentidir.

Paylaş